ABŞ səfirliyi məşhur qadın astronavt Hayda Piperin Azərbaycana səfərini təşkil edəcək.
Astarainfo.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə səfirliyin “Facebook” səhifəsində məlumat verilib. Səfər 10-12 dekabr tarixlərində baş tutacaq. Dekabrın 10-da, saat 16:00-da Hayda Piper Kürdəmirdə ABŞ mərkəzində çıxış edəcək. Kürdəmirlilər və qonaqlar üçün giriş sərbəst olacaq.
Dekbarın 11-də astronavtla AMEA, ADA, Bakı Neft və Sənaye Universiteti, eləcə də Bakıdakı ABŞ mərkəzində görüşmək mümkün olacaq.
Qeyd edək ki, Hayda Piper açıq kosmosda 34 saatdan çox olub.
Sentyabrın 16-da Astara rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirilmişdir. Tədbirlər zamanı məktəb rəhbərliyi və müəllimlər şagirdləri təbrik etmiş, onlara...