Astarainfo.az xəbər verir ki, dekabrın 8-də Astara rayon Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə hərs olunmuş anım mərasimi qeyd olunub.Tədbir iştirakçıları Ulu Öndərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Anım mərasimində Astara rayon MKS-nin direktoru Tural Eyvazov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə ətraflı məlumat vermişdir. T.Eyvazov öz çıxışında müstəqil Azərbaycan dövlətçiliyinin banisi və qurucusu olan Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümünün xalqımız tərəfindən dərin kədər hissi ilə vətənimizin hər bir guşəsində qeyd edildiyini bildirib.
Azərbaycan tarixinin taleyüklü hadisələrlə zəngin otuz ildən artıq bir dövrü məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycana rəhbərliyi ayrı-ayrı dövrlərə, hətta müxtəlif ictimai-siyasi quruluşlara təsadüf etsə də, Ümummilli liderimiz daim doğma Vətənə, xalqa sonsuz məhəbbət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, həmişə milli maraqların müdafiəçisi və təminatçısı olmuşdur. Bu gün Heydər Əliyev siyasi xəttinin uğurlu davamının nəticəsidir ki, Azərbaycan gündən-günə inkişaf edir, bütün sahələrdə böyük nailiyyətlərə imza atılır. Artıq İqtisadi inkişafın Azərbaycan modelinin dünya dövlətləri üçün bir örnək olduğunu Ümummilli liderimizin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu inkişafın uğurla davam etdirildiyini, müəyyənləşdirilmiş strateji hədəflərə uğurla nail olunduğunu qeyd etdi.
Tədbirdə Mirzə Ələkbər Sabir adına şəhər 1 saylı orta məktəbin dil-ədəbiyyat müəllimi Zümrüd Ərçəyeva, Mərkəzi Kİtabxananın şöbə müdiri Nərgiz Məhərrəmova, kitabxanaçılardan Aysel Əhmədova, şəhər 1 saylı orta məktəbin X sinif şagirdlərindən Fatimə Quluzadə, Vəfa Hüseynzadə, Zeynəb Məmmədova çıxış etmişlər. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müstəqil Azərbaycanın quruculuğu yolundakı şərəfli mübarizəsi, bütün dünya tərəfindən qəbul edilən böyük siyasətçi və liderlik titulları barədə geniş fikirlər söyləmiş, Ümummilli liderimizin xalqına olan sevgisindən, Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən danışmışlar.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...