Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov vəfat edib.
Astarainfo.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə dövrü mətbuatda yayılan elanda deyilir.
“Şamaxıdan Asif Ağayev və rayon icra hakimiyyəti aparatının kollektivi icra hakimiyyəti başçısının müavini Ağamustafa Vahidovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər”, – deyə elanda vurğulanıb.
A. Vahidovun vəfatının səbəbi açıqlanmayıb.
Qeyd edək ki, A. Vahidov həmçinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...