Azərbaycan jurnalistikasına daha bir ağır itki

“Exo” qəzetinin fotoqrafı və fotoredaktoru Samir Əliyev ağır xəstəlik nəticəsində dünyasını dəyişib.

Astarainfo.az Teleqraf.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədəki hesabında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu bildirib.
O, S.Əliyevi fotojurnalistikanın istedadlı təmsilçisi, dəyərli insan kimi xarakterizə edib.
Yaxınlarının yaydığı məlumata görə, S.Əliyev qanın mieloleykozu xəstəliyindən əziyyət çəkirmiş. Jurnalistin vəziyyəti son günlər qəfildən ağırlaşıb və o, reanimasayaya yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, fotoqrafı xilas etmək mümkün olmayıb.
Allah rəhmət eləsin!