Abbasəli Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev səfirin geri çağırılması ilə bağlı sərəncam imzalayıb.
Dövlət başçısı eyni zamanda Həsən Dilsuz oğlu Məmmədzadənin Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə də sərəncam imzalayıb.
Prezidentin imzaladığı digər sərəncamla Nazlı Abdulla Məhəmməd Azərbaycan Respublikasının Cibuti Respublikasında fəxri konsulu təyin edib.Lent.az
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...