Türkiyənin bütün vilayətlərində Qüdsün ABŞ tərəfindən İsrail paytaxtı kimi tanınmasına etiraz olaraq kütləvi aksiyalar keçiriləcək.
Astarainfo.az-ın  Trend-ə istinadən məlumatına görə, etiraz aksiyaları cümə namazından dərhal sonra başlayacaq.
 Ankara və İstanbulda etirazlar ABŞ səfirliyi və baş konsulluğu qarşısında da keçiriləcək.
Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib