Ermənilər Ağdamı minaatanlarla vurdu

Erməni silahlı bölmələri Ağdamın cəbhə kəndini atəşə tutublar.

 APA-nın xəbərinə görə, düşmən ordusu işğal altında saxladığı ərazilərdən rayonun Orta Qərvənd kəndini iriçaplı pulemyotlardan və minaatanlardan atəşə tutub.
Atışma zamanı xəsarət olmasa da, kənd sakinləri Vilayət Həsənov, Qaçay Xıdırov, Mehman Məmmədov və Yusif Səmədova məxsus evlərin dam örtüyünə və pəncərələrinə ziyan dəyib.
Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.