APA-nın Tehran bürosunun məlumatına görə, dağ uçqunu İranın Lorestan əyalətinin Oşterankuh (Oshterankooh) dağında baş verib.
Məlumata görə, 14 alpinist ötən gün İranın Məşhəd şəhərindən Oşterankuh dağındakı yüksəkliyə qalxmaq üçün hərəkət ediblər. Bu gün səhər qar uçqunu olub, komandadan 9 nəfər qar altında qalıb.
Hadisə ilə bağlı qərargah yaradılıb, iki vertolyot və 20 xilasedici axtarışlara başlayıb. Axtarışlar nəticəsində indiyədək 2 nəfərin meyiti tapılıb.
Axtarışlar havanın qaralması və şaxta olmasına görə az öncə dayandırılıb. Xəbər qaynaqları qar altında qalan alpinistlərin hamısının öldüyünü bildirir.
Alpinistlər arasında İranın tanınmış idmançılarının olduğu deyilir.
Oşterankuh İranın Lorestan əyalətinin şərqində yerləşir və İranın Alp dağı kimi tanınır. Dağın hündürlüyü 4150 metrdir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...