İsrail ordusu Qəzza zolağından raketlərin atılmasına cavab olaraq, həmin ərazidəki bir neçə mövqeyə zərbələr endirib. APA-nın “Haaretz”ə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildrilib.
Məlumata görə, əməliyyata tanklar və aviasiya cəlb edilib.
İsrail ordusu Qəzza zolağından törədilən bütün hücumların arxasında HƏMAS-ın durduğunu bəyan edir.
Qeyd edək ki, bundan əvvəl Qəzza zolağından İsrail tərəfə 2 raket atılıb.