Qüds və İordan çayının qərb sahilində iğtişaşlar başlayıb.
Buna səbəb ABŞ prezidenti Donald Trampın Yerusəlimi (Qüds) İsrailin paytaxtı elan etməsi olub.
Əl-Aksa məscidində cümə namazından sonra etirazçılar meydanlara axışıblar. İsrail əsgərləri onlara qarşı gözyaşardıcı qazlardan istifadə edirlər.
Etirazçılar “ABŞ-a ölüm”, “Satqın ABŞ” şüarları səsləndirərək ABŞ-ın dövlət bayrağını yandırıblar.
İsrail əsgərləri və fələstinlilər arasında toqquşmalar nəticəsində ən azı 40 nəfərin yaralandığı deyilir.
Qeyd edək ki, Trampın Qüdsü paytaxt kimi tanımasından sonra “Həmas” cümə gününü İsrailə qarşı Qəzəb Cüməsi elan edib. Minlərlə fələstinli küçələrdə İsrail və ABŞ-a etiraz edir.APA