Havalar soyumağa başlayan kimi əhali arasında soyuqdəymə və qrip halları da artır. Xüsusən də uşaqlar tez-tez xəstəliyə yoluxurlar. Valideynlər tərəfindən “uşağın burnu axır”, “yaman öskürür”, “neçə gündür qızdırması düşmür” kimi şikayətlər daim eşidilir. Bəs uşaqları soyuqdəymədən necə qoruyaq? Ailem.az pediatr Vaqif Qarayevin bununla bağlı valideynlərə 12 məsləhətini təqdim edir. Oxuyun və əməl edin ki, uşaqlarınız sağlam şəkildə böyüsün.
1. Evdə otaqların havasını tez-tez dəyişin.
2. Açıq havada uşaq burnu ilə nəfəs almalıdır (profilaktik olaraq buruna Oksolin məlhəmi çəkmək olar).
3. Açıq havada uşağın ağzını və boğazını bərk bağlamayın (şərflə yüngül bağlamaq lazımdır).
4. Uşağı çox qalın geyindirmək (bir neçə qalın paltarı üst-üstə) düzgün deyil.
5. İctimai yerlərə daxil olarkən qalın paltarının düymələrini açın, imkan varsa, həmin paltarı orda olduğunuz müddətdə soyundurun.
6. Uşaq hər gün gimnastika ilə məşğul olmalıdır.
7. Su vannaları çox faydalıdır. İmkan varsa, üzgüçülüyə getsin.
8. Uşaq vitamin və minerallarla zəngin qidalar qəbul etməlidir. Meyvə-tərəvəz gündəlik menyuda kifayət qədər olmalıdır. Ev şəraitində hazırlanmış şirələrdən və kompotlardan bol-bol istifadə edilməlidir. Sarımsaq və soğanın antimikrob təsiri var. İmkan olduqca bu tərəvəzlərdən istifadə edin.
9. İmmuniteti qaldirmaq üçün profilaktik İmmunal preparatından (həkimlə məsləhətləşin) istifadə etmək olar.
10. Bağırsaqların düzgün fəaliyyəti immunitetə ciddi təsir edir. Onları helmintlərdən (qurddan) mütləq təmizləmək lazımdır. Payız-qış aylarında bağırsaq immunitetini gücləndirmək üçün profilaktik olaraq Lineks preparatı vermək olar.
11. Şəxsi gigiyenik qaydalara ciddi əməl olunmalıdır.
12. Əgər uşağınız xəstədirsə, onu uşaq kollektivinə – məktəbə və bağçaya- buraxmayın.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...