Payız-qış fəsillərində insanlar tez-tez soyuqdəymə xəstəliklərinə tutulur.
Bir çox hallarda bu xəstəliklər öskürəklə müşayiət olunur. Öskürəklə mübarizə etmək üçün müxtəlif vasitələr mövcuddur. Bu vasitələri arasında – “Borjom” mineral suyu ilə südün qarışığı. Bu qarışıq öskürək zamanı həqiqətən çox yaxşı kömək edir.
Qarışıq hazırlamaq üçün əvvəl mineral suyu açıb, qazı çıxartmaq lazımdır. Bunun üçün suyu stəkana tökün və qaşıqla yaxşı-yaxşı qarışdırın. Daha sonra südü qızdırın (lakin çox isti olmamalıdır!) və otaq temperaturunda olan mineral suyu ilə yarıbayarı qarışdırın – 1/2 stəkan süd + 1/2 stəkan su.
Belə qarışığı gündə 2-3 dəfə içmək lazımdır.Saglamolun.Az
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...