Dekabrın 8-nə keçən gecə Yasamal rayonu ərazisində, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında özünü çoxmərtəbəli binadan atan qızın tələbə olduğu üzə çıxıb.
Astarainfo.az Lent.az-a istinadən xəbər verir ki, özünü 10-cu mərtəbədən ataraq həyatına son qoyan 24 yaşlı Əda Zeynalovanın UNEC-də MBA proqramı üzrə magistr təhsili aldığı məlum olub.
Magistraturanın I kurs tələbəsi olan Əda Zeynalova dekabrın 7-dək dərslərdə müntəzəm iştirak edib. Dostları və yoldaşları onu daha çox Nərgiz adı ilə tanıyırmış. Bildirilir ki, 24 yaşlı qızın atası yeni rəhmətə gedib. Bundan sonra o, dərin sarsıntı keçirib. İntihar faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
Hadisənin dəqiq səbəblərini müəyyən etmək istiqamətində iş aparılır.
2024-cü ildə rayonda 290,0 hektar sahədə çəltik əkini aparılmışdır. Hazırda rayonda çəltik yığımı davam edir. İndiyədək sahələrdən307,0 ton çəltik yığılmışdır.
Rayonda çəltikçiliklə məşğul olan fermerlər...