Bu gün komanda.az-ın keçirdiyi sorğunun nəticəsinə əsasən Azərbaycanda ilin məşqçisi seçilən Qurban Qurbanovun mükafatlandırma mərasimi keçirilib. Apasport.az saytı xəbər verir ki, “Fairmont otel”də keçirilən tədbirdə PFL prezidenti Ramin Musayev, həmçinin çox sayda media nümayəndəsi iştirak edib.
45 yaşlı mütəxəssisə mükafatı komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.
Qeyd edək ki, səsvermədə 74 mətbuat orqanından 79 jurnalist iştirak edib. 77 səs toplayan Qurban Qurbanov 8-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib.