İsveçin Höteburq şəhərində naməlum şəxslər sinaqoqa “Molotov kokteyli” atıblar. İnsident nəticəsində xəsarət alan olmayıb.
Məlumata görə, insidentdə 20-dək üzü maskalı şəxs iştirak edib. Sinaqoqda olan yəhudi tələbələr hücum edənlərdən qorunmaq üçün zirzəmidə gizləniblər.
Hücum nəticəsində sinaqoqda yanğın baş verib, binaya və yaxınlıqdakı avtomobillərə zərər vurulub. Hadisə yerinə polislər cəlb edilib.
İnsident ABŞ-ın bir neçə gün əvvəl Yerusəlimi İsrailin paytaxtı tanıması və Amerika səfirliyinin Təl Əvivdən Yerusəlimə köçürülməsi ilə bağlı qərarından sonra baş verib.APA
Prezident İlham Əliyev çıxış edərək bildirmişdir ki, dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən...