Kivi qeyri-adi dada və xarici görünüşə malik olan meyvədir.

Astarainfo.az Saglamolun.az-a istinadən kividən hazırlanan çox dadlı mürəbbəni sizə təqdim edir. 

Qonaqlarınızı heyrətləndirmək istəyirsinizsə, çay süfrənizi bu mürəbbə ilə bəzəyin.
İnqrediyentlər:
– Kivi – 1,5 kq
– limon şirəsi – 1 xörək qaşığı
– şəkər tozu – 1 kq
Hazırlanması:
1. Meyvələri yaxşı yuyun və qabıqlarını soyun.
2. Kiçik dilimlərə doğrayın və divarları qalın olan qazana qoyub üzərinə limon şirəsini tökün.
3. Mürəbbəni vam odda vaxtaşırı olaraq qarışdıra-qarışdıra bişirin.
4. Meyvə tam yumşaldıqdan sonra, şəkər əlavə edin, yaxşı qarışdırın və orta odda 15-20 dəqiqə ərzində bişirin.
Nuş olsun!