15 yaşlı qız faciəvi şəkildə öldü – AĞDAŞDA ŞOK

Ağdaş rayonunda bədbəxt hadisə baş verib. 
 Hadisə dünən axşam saatlarında rayonun Orta Ləki qəsəbəsində qeydə alınıb.
 Qəsəbə sakini, 2002-ci il təvəllüdlü O. M. öz həyətlərində turnikdə idman edərkən yıxılıb. Başı betona dəyən 15 yaşlı qız kəllə-beyin travması alaraq ölüb.apa