Ağsu rayonunda avtomobil iki məktəb şagirdini vurub. Bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsunun Pirhəsənli kəndi ərazisindən keçən hissəsində “QAZ 3110” markalı minik avtomobili yolu keçən iki uşağı, Əlabad kənd sakinləri, 2005-ci il təvəllüdlü Kərimov Polad Mehman oğlunu və həmyaşıdı Həsənov Famil Müqabil oğlunu vurub.
Hadisə zamanı ağır bədən xəsarətləri alan orta məktəbin 7-ci sinif şagirdləri Ağsu rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Famil Həsənovun vəziyyəti ağırlaşdığı üçün onu təcili olaraq Bakı şəhərinə travmatologiya xəstəxanasına göndəriblər.
  Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. apa