Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin tərtib etdiyi qrafikə uyğun olaraq dekabrın 12-də rayon Mərkəzi Kitabxanasında “Dövlət Məşğulluq Xidməti orqanlarının sosial tərəfdaşlarla birgə fəaliyyətində Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada rayonun işəgötürən təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak etmişlər. Astara rayon İcra Hakimiyyəti İqtisadiyyatın təhlili və proqnozlaşdırılması şöbəsinin müdür müavini, YAP-ın Astara rayon təşkilatının sədri Firudin Əhmədov, “Astara”qəzetinin baş redaktoru  Fəridə Söhrabqızı iştirak etmişlər.
Tədbiri Astara rayon Məşğulluq Mərkəzinin direktoru Zeynulla Şükürov giriş sözü ilə açaraq qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümovun insanların sosial məsələlərinin, xüsusi ilə işsizlik probleminin həllinin vacib prioritet məsələ olduğunu diqqətə çatdırmışdır. “Dövlət Məşğulluq Siyasətinin həyata keçirilməsində işəgötürənlərin iştirakı və vəzifələri, Əmək Məcəlləsi və Məşğulluq haqqında” qanunlar barəsində geniş məlumat verərək, işəgötürən təşkilat rəhbərlərini və onların nümayəndələrini maraqlandıran suallar cavablandırılmış, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin tələbləri iştirakçılara izah edilmiş və onları Məşğulluq Mərkəzi ilə əməkdaşlıq etməyə dəvət etmişdir.
   Görüşdə rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdür müavini F.Əhmədov də çıxış etmiş və müvafiq tövsiyyələrini vermişdir.
Astarainfo.az