İranda 5.7 bal gücündə zəlzələ olub

İranda bu gün baş verən zəlzələ nəticəsində 18 nəfər xəsarət alıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, xəsarət alanların hamısı ölkənin qərbindəki Kerman əyalətinin sakinləridir.
5.7 bal gücündə zəlzələ nəticəsində əyalətdəki bir neçə kənddə evlərə ciddi ziyan dəyib, elektrik xətləri və su təchizatı sistemləri sıradan çıxıb.
Qeyd edək ki, yeraltı təkanların mərkəzi İranın cənub-qərbində yerləşən Kirman əyalətinin Hejdak qəsəbəsində olub və 10 km. dərinlikdə qeydə alınıb.