Astarainfo.az xəbər verir ki, Misirin Qalyubiyyə vilayətinin Kanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan parkında, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Misir-Azərbaycan parkında Ulu Öndərin heykəli önündə keçirilən anma tədbirində Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinin əməkdaşları, Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi – “Vətənpərvər”-in üzvləri, burada təhsil alan tələbələrimiz, Qalyubiyyə Qubernatorunun mədəniyyət və təhsil məsələləri üzrə müavinləri, Qubernatorluğun yaşıllaşdırma və parklar idarəsinin rəisi, parkda yerləşən xeyriyyə-təhsil mərkəzinin rəhbərliyi, misirli məktəblilər iştirak etmişlər.
Diaspora sədri tədqiqatçı-alim Seymur Nəsirov mərasim iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü əvəzsiz xidmətlərindən söhbət açmışdır.Ulu Öndərin xatirəsi anılaraq, abidəsi önünə gül-çiçəklər qoyulmuşdur.
Parkda yerləşən xeyriyyə təhsil ocağına gələn tədbir iştirakçıları burada təşkil olunan foto-sərgi və Azərbaycanla əlaqədar stendlərə baxmış, daha sonra Səfir T. Rzayev Ulu Öndərin keçdiyi zəngin həyat yolundan, Azərbaycan tarixindəki misilsiz fəaliyyətindən tədbir iştirakçılarının diqqətinə çatdırmış, misirli məktəblilərə hədiyyələr təqdim etmişdir.
Astarainfo.az