Ərdoğandan ÇAĞIRIŞ: Qüdsü Fələstinin paytaxtı kimi tanıyaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman ölkələrini Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırıb.
Türkiyəli lider bunu bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə həsr olunmuş iclasında çıxışı zamanı bəyan edib.
Türkiyə prezidenti bildirib ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması radikal cərəyanların maraqlarına xidmət edir.
R.T.Ərdoğan həmçinin ABŞ-ın həmin qərarını pisləyən dövlətlərə minnətdarlığını bildirib.
Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin
paytaxtı kimi tanıdığını elan edib.Trend