2018-ci ildə səyahət üçün ən maraqlı məkanların siyahısı açıqlanıb.
Publika.az xəbər verir ki, “National Geographic” jurnalının tərtib etdiyi reytinqə əsasən birinci yerdə Efiopiyanın Harar şəhəridir. Səyahət üçün buranı seçən turistlərdə 82 məscid maraq yarada bilər. Bundan başqa, ölkənin ən yaxşı pivəsi və kofesinin dadına baxa bilərlər. Həyəcanın pik nöqtəsi isə gecələr olur. Faktdır ki, gecələr bu şəhərdə kaftarlar dolaşır. Hətta onların xüsusilə qidayla təmin olunduğu bildirilir.
Reytinqdə ikinci sırada Argentinanın Jujuy əyaləti gəlir. Buranı cəlbedici edən əsas səbəb UNESCO-nun Ümumdünya İrsi siyahısına da düşən Kebrada-de-Umauaka vadisidir. Mənzərəli qayalarla mühasirəyə alınmış bu yer ən qədim vaxtlardan var. Ovçuluqla məşğul olan ibtidai tayfalar bu ərazidə hələ bizim eradan əvvəl 9000-ci ildə yaşamışdır.
Ekspertlər siyahıda 3-cü yerə Tbilisini layiq görüb. Onların fikrincə, turistlər ən azı arxitektura rəngarəngliyinə, gürcü xəngəlinə və yerli sakinlərin əfsanəvi qonaqpərvərliyinə görə bu şəhərə baş çəkməlidir.
Siyahıda “ilk beşliy”i Avstraliyanın Sidney şəhəri və Meksikanın Oahaka ştatı qapayır. Reytinqdə sonrakı yerlərdə Vyana, Havayda Oahu adası, Malmö, İordaniya və Dublin qərarlaşıb.
Pərviz