Astara sakinindən 3 kq narkotik götürülüb

Astara sakinindən 3 kiloqram narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Orxan Əlizadədən 41,2 qram tiryək götürülüb.
Onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq 3 kiloqram 350 qram tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.apa