Boğaz ağrısının səbəbləri müxtəlif ola bilər. Ən yayılmış səbəblər arasında – virus və bakterial infeksiyalarıdır.
Bakterial infeksiyaları (angina) mütləq antibiotiklərin köməyi ilə müalicə olunmalıdır və aşağıda sadaladığımız vasitələr yalnız antibiotiklərlə yanaşı olaraq köməkçi vasitələr kimi istifadə oluna bilər.
Diqqət! Düzgün müalicə olunmamış və ya müalicəsiz buraxılmış angina ağır fəsadların inkişafına (ürək, böyrək xəstəlikləri) səbəb ola bilər.
Virus infeksiyaları əksinə antibiotiklərlə müalicə olunmur ki, antibiotiklər viruslara deyil, bakteriyalara təsir edir.
Virus infeksiyası zamanı aşağıda qeyd etdiyimiz vasitələr müstəqil şəkildə istifadə oluna bilər.
Beləliklə, boğaz ağrısı zamanı ən sınanmış təbii vasitələr bunlardır: