Bu gün Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda fövqəladə toplantısı keçirilir.

Apa-nın Türkiyə bürosunun məlumatına görə, ilk olaraq, İTƏ-ə üzv ölkələrin xarici işlər nazirlərinin yığıncağı təşkil olunub. Tədbirə Azərbaycanın xarici işlər naziri  Elmar Məmmədyarov da qatılıb.

Daha sonra üzv ölkələrin dövlət başçılarının görüşü keçiriləcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə Zirvə toplantısında iştirak etmək üçün dekabrın 12-də Türkiyəyə işgüzar səfərə gedib.