İstanbulda İƏT-in Qüds məsələsi ilə bağlı fövqəladə Sammiti başlayıb

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə zirvə toplantısı başlayıb.
Astarainfo.az“Report” -a istinadən xəbər verir ki, iclasda ABŞ prezidenti Donlad Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarı, bu qərardan sonra yaranmış vəziyyət və İƏT-in bununla bağlı görəcəyi işlər müzakirə olunur.
Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edir.
Toplantıya təşkilata üzv olan 57 ölkədən 48-nin təmsilçisi qatılıb. Onların arasında Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, İran prezidenti Həsən Ruhani, Fələstin Dövlətinin başçısı Mahmud Abbas da var. Bir sıra ölkələr isə sammitdə parlament sədri, xarici işlər naziri və digər nazirlərlə təmsil olunurlar.
Toplantının sonunda qətnamə qəbul ediləcək. Sammit başa çatandan sonra liderlərin mətbuat konfransı keçirəcəyi gözlənilir.
Qeyd edək ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü İsarilin paytaxtı kimi tanıyıb və ölkəsinin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürəcəyi haqda qərar qəbul edib.