Ümummilli lider Heyder Əliyevin anım mərasimi M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbində də qeyd olunub.  Təşkilatçı müəllim Əsmər Əliyeva çıxış edərək Ümummilli Liderin həyat yolundan, dövlətimiz və xalqımız qarşısındakı unudulmaz xidmətlərindən geniş bəhs edib.
Çıxış edənlər Ulu Öndərin tarixdə əvəzolunmaz lider, qüdrətli dövlət başçısı, Azərbaycanın xilaskarı kimi qaldığını, dahi rəhbərin bütün həyatını xalqına sədaqətlə xidmətə həsr etdiyini, həmişə xalqa arxalandığını vurğulayıblar.
Həmçinin qeyd olunub ki,  məktəbdə dekabr ayının ilk günlərindən başlayaraq ” Xalqdan güc alan və onu ucaldan lider ” adlı açıq dərslər, rəsm müsabiqəsi, “Əbədi yaşar Heydər Əliyev ” adlı inşa müsabiqəsi də keçirilib.
Şagirdlər Ulu öndərin müstəqil Azərbaycan dövlətinin tarixindəki misilsiz xidmətlərindən danışıblar. Sonda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli filmə baxılıb.

Astarainfo.az