Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti gələn ilin yaz aylarına planlaşdırılıb.
Astarainfo.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, sammit Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək. Sammitdə Xəzərin hüquqi statusu məsələsi müzakirə ediləcək.
Bu barədə məlumatı Rusiya prezidentinin Xəzər hövzəsi ölkələri ilə humanitar əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov verib: “Xərəzyanı ölkələrin dövlət başçılarının sammiti növbəti il Astanada baş tutacaq. Hazırda XİN xətti ilə danışıqlar aparılır”.
Bir müddət əvvəl Rusiyanın XİN rəhbəri Sergey Lavrov bəyan etmişdi ki, Xəzərin hüquqi statusu haqqında konvensiya üzrə iş başa çatmaq üzrədir. Konvensiya layihəsi sammitdə dövlət başçılarına təqdim ediləcək.