Xaçmazda iki maşın toqquşub, xəsarət alan var

Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.
  Qəza Xaçmaz -Xudat yolunun 1-ci km-də qeydə alınıb.
“VAZ 2107” markalı maşınla “Volkswagen” markalı avtomaşın toqquşub.
Xəsarət alan “VAZ 2107-nin sürücüsü Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gətirilib, ilkin tibbi yardımdan sonra tibb müəssisəsini tərk edib.
Faktla bağlı araşdırmalar aparılır.apa