Dünyada çox maraqlı körpələr doğulur. Bəziləri çox zəifdir, bəziləri kök, bəzilərində isə dünyada analoqu olmayan xəstəliklər müşahidə olunur.
Dünyanın ən kiçik körpəsi
Amilla Taylor dünyanın ən kiçik körpəsi sayılır. 24 oktyabr 2006-cı ildə dünyaya gələn Amilla 21 həftə 6 gün yaşadı. Ana bətnində 23 həftə “qonaq olan” Amillanın yaşaması bir möcüzə idi. Çünki bu günə qədər ana bətnində 23 həftə yaşayan heç bir körpə olmamışdır. Ancaq Amilla nəinki nəfəs almağa çalışdı, hətta özündə güc taparaq ağladı da.
Dünyanın ən kök körpəsi
İranda doğulan bu körpənin çəkisi 20 kq-dır. 3,6 kiloqram ağırlığında doğulan körpə sürətlə kökəlməyə başladı. Həkimlər də yeməkdən doymayan körpənin xəstəliyinin səbəbini tapa bilmədilər.
Alnının ortasında gözü olan körpə
Bir gözlü körpə 2006-cı ildə Hindistanda doğulub. Burunsuz, tək gözlə doğulan körpədə müxtəlif deformasiyalar da var idi. Xəstəxananın verdiyi hesabatda körpənin bu cür doğulmasının xromosom zədələnmələri ilə əlaqəli olduğunu bildirirlər. Bu qədər deformasiya ilə doğulan körpə bir gün yaşaya bildi.
Qurbağa uşaq
Qəribə görünüşlü körpə 2006-cı ildə Charikot şəhərində anadan olmuşdur. Gözləri bərəlmiş, boyunsuz körpə sanki qurbağanı xatırladırdı. Qurbağa görünüşlü uşağın doğum xəbəri tezliklə yayıldı. Onu görmək üçün yüzlərlə adam xəstəxanaya axın etdi. Xəstəxanaya olan izdihamı dayandırmaq üçün polisi cəlb etdilər. Bu qəribə məxluq 1,5 saat yaşaya bildi.
Üçqollu körpə
2006-ci ildə Çində üçqollu dünyaya gələn Liu Jungienin üçüncü qolu eynilə digər qolları kimi inkişaf etmişdi. Həkimlər bu kimi halın çox nadir hallarda baş verdiyini bildirirlər. Çünki bu kimi qeyri-anormal meydana gəlmiş orqanlar adətən inkişafdan qalırlar. Liudə isə hər üç qol eyni şəkildə inkişaf etmiş, əl və barmaqları isə inkişafdan qalmışdı.
7.75 kiloqram doğulan körpə
12 uşaq sahibi olan 43 yaşlı sibirli Tatyana Barabanova 13-cü uşağını dünyaya gətirəndə çox təəccübləndi. Uşaq 7,75 kq doğulmuşdu. Tatyana bildirmişdir ki, maddi durumları aşağı olduğu üçün xüsusi qidalarla bəslənməyib. Yalnız kartof, əriştə və pomidor yeyib.
İzmirdə tək yumurta üçəmləri