Bakı və Abşeron yarımadasında dekabrın 15-də buludlu  hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
ETSN-dən   verilən məlumata görə, havanın temperaturu gecə  5-7° isti, gündüz  9-12° isti təşkil edəcək.
Bakıda gecə  5-7° isti, gündüz  10-12° isti olacaq.
Atmosfer  təzyiqi  normadan yüksək 768  mm civə sütunu təşkil edəcək.
Nisbi  rütubət    70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şərq rayonlarında çiskinli olacağı ehtimalı var.
Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  4-9° isti  təşkil edəcək.apa