Cökə çiçəkləri olduqca qiymətli müalicəvi məhsuldur ki, həm xalq, həm də ənənəvi tibdə geniş istifadə olunur.
Astarainfo.az Saglamolun.az-a istinadən xəbər verir ki, cökə çiçəkləri C vitamini, efir yağları, fitonsid və flavonoidlərlə zəngindir. Bu faydalı maddələrə görə cökə çayı bir çox xəstəliklər və pozulmalar zamanı orqanizmə yaxşı müalicəvi və profilaktik təsir edir.
1. Cökə çayı soyuqdəymə və qripp zamanı ən sınanmış müalicəvi vasitələrdən biridir – xəstənin vəziyyətini yüngülləşdirir, hərarəti aşağı salır, sağalmanı tezləşdirir.
2. Soyuq fəsillərdə xəstələnməmək üçün cökə çayını için. Bu çay immun sistemini gücləndirir.
3. Flavonoidlər və C vitamini ilə zəngin olan cökə çayı damarları möhkəmləndirir.
4. Cökə çayı həzm sistemi üçün də faydalıdır – bağırsaqlarda ziyanlı mikrobları öldürür, həzm proseslərini tənzimləyir.
5. Bu çay təbii baş ağrısı dərmanıdır.
6. Cökə çayı sakitləşdirici təsirə malikdir, yuxusuzluqla mübarizə etməyə kömək edir.
7. Cökə qadın cinsiyyət sisteminə yaxşı təsir edir, menstrual dövründə problemləri olan, klimaks keçirən qadınlar üçün faydalıdır.
8. İltihabəleyhinə təsirə malik olan cökə çayı sistit (sidik kisəsi iltihabı) və s. sidik ifrazı sistemi iltihabları zamanı faydalıdır.
9. Öskürək və bronxit zamanı cökə çayı yaxşı müalicəvi təsir edir.
Cökə çayını hazırlamaq üçün 1 x.q. cökə çiçəklərini 200 qr termosda isti suda 1 saat ərzində dəmləyin və gün ərzində 2 dəfə yarım stəkan olmaqla için. Faydalı olduqdan əlavə çay həmçinin çox dadlı və ətirlidir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...