Prezident təhsillə bağlı sərəncam verdi

Prezident İlham Əliyev “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
 Astarainfo.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, sərəncamda qeyd edilir ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini Təhsil Nazirliyi əlaqələndirsin.
 Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.