Hər il dekabrın 15-də Beynəlxalq Çay Günü qeyd edilir — Yer üzündə ən qədim və ən faydalı içkilərdən birinin bayramıdır. Günün hədəfi hökumət və vətəndaşların diqqətinin çayın satışı problemlərinə cəlb etmək, çay istehsalçılarının, kiçik istehsalçılar və istehlakçıların arasında qarşılıqlı əlaqələr yaradılmasına və çayın içki kimi geniş yayılmasına yönəldilib.
Dekabrın 15-nin Beynəlxalq Çay Günü kimi qeyd olunması 2004-cü ildə Hindistanın Mumbay və 2005-ci ildə Braziliyanın Allegre liman şəhərlərində keçirilən Ümumdünya İctimai Forumunda dəfələrlə aparılan müzakirələrdən sonra qərara alınıb. Yeri gəlmişkən, həmin gün çay sənayesinin işçilərinin hüquqları barədə Dünya Bəyannaməsi elan edilib.
Həmin gün əsasən iqtisadiyyatında çay istehsalı əsas yer tutan Hindistan, Şri-Lanka, Fil Dişi, Banqladeş, Nepal, Çin, Vyetnam, İndoneziya, Keniya, Malayziya, Uqanda və Tanzaniya kimi ölkələrdə qeyd edilir.
Çində çay içki kimi 5 min il bundan əvvəldən içilirdi. Yaponiyada Çay XVI əsrin ikinci yarısında, Avropada XVII əsrin birinci yarısından məşhurlaşmağa başlayıb. Bu gün qədim içkinin həvəskarları dəmlənilmiş çaya zəncəfil, portağal dilimləri və müxtəlif ədviyyatlar da əlavə edirlər. Bəzi xalqlar isə çayı süddə dəmləyirlər. AZƏRTAC