İndoneziyada güclü zəlzələ

İndoneziyanın Yava adası yaxınlığında 6,8 bal gücündə zəlzələ baş verib.

Astarainfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Bandunq şəhərindən 129 km cənubda, ocağı isə 122 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.