Bu il qış fəslinin Azərbaycana gəlmə vaxtı məlum olub.
Astarainfo.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası direktorunun elmi işlər üzrə müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib. O qeyd edib ki, qış fəslinin Azərbaycana gəlişi dekabrın 21-i Bakı vaxtı ilə saat 20:27-də baş verəcək. Həmin tarixdə payız fəsli başa çatacaq, ölkə ərazisinə qış fəsli daxil olacaq.itv.az