Gəncədə evdə qaz sızmasından partlayış yaranıb.
Hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.
 Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Xəlilov Sabit İmran oğlu evlərində quraşdırılan sobanı yandıran zaman qaz sızmasından partlayış baş verib. S. Xəlilov yanıq xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.apa