Göygöldə 22 yaşlı gənc intihar edib

Göygöldə intihar hadisəsi baş verib.
Astarainfo.az-ın APA-nın Qərb bürosuna istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Göygöl şəhərində qeydə alınıb.
Rayon sakini 1995-ci il təvəllüdlü Məmmədov Heydər Yasin oğlu yaşadığı evdə özünü asaraq intihar edib. H. Məmmədovun hansı səbəbdən intihar etdiyi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.