Türkiyədə işçiləri daşıyan avtobus yük maşını ilə toqquşub: 16 yaralı

Türkiyənin Adana şəhərində işçiləri daşıyan avtobus yük maşını ilə toqquşub.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 16 nəfər xəsarət alıb.
 Hadisə yerinə xilasedicilər və təcili yardım cəlb olunub. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib