Astarada yanğın olub

  Astara rayonunda  yanğın hadisəsi qeydə alınıb. Rayonun Kolatan kəndində ümumi sahəsi 119 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə, evə bitişik ümumi sahəsi 34 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 26 kv.m sahədə və içərisinə yığılmış 5 m3 taxta yanıb.
Evin və köməkçi tikilinin qalan hissələri yanğından mühafizə olunub. Yanğın söndürülüb.Trend/Astarainfo.az