Balakəndə nəvəsinin toyuna gedən nənəni avtomobil vurub

 Balakən rayonunda qadını avtomobil vurub.
Astarainfo.az “Report”-a istinadən xəbər verir ki,  hadisə Balakən şəhərindəki şadlıq evlərindən birinin qarşısında baş verib.
Belə ki, dekabrın 19-da axşam saatlarında qız nəvəsinin toyuna gedən nənəni naməlum avtomobil vurub. Sürücü hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.