“Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi” ilə “MA Engineering Academy”-nin birgə təşkilatçılığı və “Bakı Ali Neft Məktəbi”-nin dəstəyi ilə “E-Days’17” “Mühəndis Günləri” adlı tədbirimiz 16 Dekabr 2017-ci il tarixində “Bakı Ali Neft Məktəbi”-nin akt zalında həyata keçirildi.

Tədbirdə Universitet rəhbərliyi, GəncMİİB üzvləri, qonaqlar və müxtəlif universitetlərdə təhsil alan tələbə gənclər iştirak etdilər. Bundan əlavə zalın giriş hissəsində fərqli şirkətlər öz stendlərini açaraq şirkətlərini tanıtmaq imkanı tapmışdırlar.

Tədbirin keçirilməsində əsas məqsəd sənayenin ən qabaqcıl şirkətlərinin tədbirdə iştirak edərək öz təcrübə və biliklərini dinləyicilərlə paylaşmasını, öz şirkət və qurumları ilə əlaqədar məlumat verməyini, eləcə də dinləyicilərin ən müassir texnologiyalarla tanış olub, fikirlərini və suallarını iştirakçılar ilə bölüşməyini təmin etməkdir. Tədbir boyunca müxtəlif şirkətlər, onların nümayəndələri və 200-dən çox tələbə eyni platformada görüşdürülərək günümüzün problemlərini müzakirə etmək və ortaq həll yolu tapmaqla bağlı çıxışlar etdilər.

Tədbirə öz dəyərli vaxtlarını ayırıb gələn spikerlərimizə, qonaqlara və bütün tələbələrə, o cümlədən tədbirin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Bakı Ali Neft Məktəbinə və xüsusən də cənab Elmar Qasımova “Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi” adından təşəkkür edir və işlərində daima uğurlar arzulayırıq.

Növbəti tədbirlərdə görüşmək ümidi ilə… Djb.az