Ukraynada sərnişin qatarları durdu – Qar yolları bağlayıb

Ukraynada güclü qar yağması ilə əlaqədar 30 sərnişin qatarının hərəkəti ləngiyir.
  Qatarların ləngimə müddəti orta hesabla 25 dəqiqə təşkil edir.
Qeyd olunur ki, Kiyev-İvano-Frankovsk və Xmelnitsiki-Moskva qatarları bir saatdan çox ləngiyib.
 Məlumata görə, Ukraynada güclü qar ölkənin cənub-qərb bölgəsində hərəkətə böyük təsir edib.
Bundan başqa, Kiyev şəhər administrasiyası da ictimai nəqliyyatın hərəkətində problemlərin yarandığını bildirib.Trend