Prezident İlham Əliyev “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği”nin və “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Astarainfo.az-ın APA-ya istinadən xəbərinə görə, fərmana əsasən, Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentinə təqdim etmək;
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentinə məlumat vermək;
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək;
Bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
Açıq məkanda reklam yayımına görə haqq hər ay reklamın 1 kvadratmetri üçün reklam daşıyıcısının növləri üzrə aşağıdakı məbləğdə hesablanır:
Sıra nömrəsi |
Reklam daşıyıcısının növü |
Reklam yayımına
görə haqq (manatla, ƏDV-siz) |
3.1.1. | Fərdi layihələr əsasında hazırlanmış reklam qurğuları (hava şarları, dirijabllar, aerostatlar və s.) | 17,0 |
3.1.2. | Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran, tablo və s.) | 12,0 |
3.1.3. | Təsvirin dinamik dəyişdiyi daşıyıcılar: | |
1. | roller | 10,0 |
2. | prizmatron və s. | 6,0 |
3.1.4. | Hərəkətsiz daşıyıcılar: | |
1. | transparant | 7,0 |
2. | ayrıca dayaqlı lövhə və qutu (o cümlədən ictimai nəqliyyat dayanacaqlarına inteqrasiya olunmuşlar), tumba, ödəniş terminalları və avtomatlaşdırılmış satış köşkləri (vending) | 6,0 |
3. | bilbord, meqabord | 5,0 |
4. | kronşteyn panel, divar panosu (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları, digər fasad reklamları, çətir, tent, bayraq, afişa stendi və ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin üzərində yerləşdirilən və ya həmin obyektlərə məxsus (aid) digər reklam daşıyıcıları (3.1.4-cü yarımbəndin 1–3-cü abzaslarında nəzərdə tutulmuş reklam daşıyıcıları istisna olmaqla) | 2,5 |
3.2. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş məbləğ, reklam yayımı zonalarından, Bakı şəhəri üzrə isə həmçinin reklamın effektivlik dərəcəsinin kateqoriyasından asılı olaraq aşağıdakı əmsallara vurulur:
3.2.1. Bakı şəhəri üzrə:
Zona | Kateqoriya | Əmsal |
A | 1 | 5 |
2 | 4 | |
3 | 3,4 | |
B | 1 | 2,9 |
2 | 2,5 | |
3 | 2,1 | |
C | 1 | 1,8 |
2 | 1,5 | |
3 | 1,3 |
3.2.2. Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə:
Zona | Əmsal |
A | 1 |
B | 0,8 |
C | 0,6 |