Əməyimizə verilən böyük diqqətə,qayğıya,etimada görə “Astara” qəzet kollektivi adından və şəxsən öz adımdan Astara rayon İcra Hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevə öz dərin minnətdarlığımı bildirirəm.
Bu gün biz “Astara” qəzet komandası olaraq uğurlara imza atırıqsa bu Qəzənfər müəllimin qəzetə verdiyi böyük dəyərin,diqqətin və qayğının nəticəsidir.Azərbaycan gənclərinin qabaqcıl bir hissəsi olan Astara gəncləri də həmişə olduğu kimi bundan sonra da əməli fəaliyyəti ilə rayonumuza töhvələrini verəcək, həmişə dövlətçiliyin keşiyində duracaqdır.Bu gün biz gənclərin üzərinə düşən əsas vəzifə Ulu Öndərimiz Heydər Əliyevin min bir əziyyətlə qurduğu Müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi,inkişaf etməsinə xidmət etmək, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq, tariximizi öyrənmək və əsl vətənpərvər olmaqdır.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...