İstanbulun Bəyoğlu bələdiyyəsi mərkəzi Taksim meydanı və İstiqlal küçəsində Yeni illə bağlı şənliklərin, tədbirlərin keçirilməsini qadağan edib.
Astarainfo.az Milli.Az-a  istinadən xəbər verir ki, bu barədə Bəyoğlu bələdiyyəsinin Təhlükəsizlik İdarəsinin rəisi İsmayıl Kılıç bildirib.
Onun sözlərinə görə, Yeni il gecəsi Taksim meydanında, İstiqlal küçəsində, eləcə də bütün mərkəzi rayonlarda təhlükəsizlik yüksək səviyyədə təşkil olunacaq, polis gücləndirilmiş rejimdə çalışacaq.
 Qeyd edək ki, ötən il yanvarın 1-ə keçən gecə İstanbulda “Reina” klubunda çox saylı insan tələfatı ilə nəticələnmiş terror hadisəsi baş vermişdi. Trend.az