Astarainfo.az xəbər verir ki, 14-18 dekabr tarixdə Bakı İdman Sarayında sərbəst və Yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilib.
Sərbəst güləş üzrə həmyerlilərimiz, Azərbaycan yığma komandasının üzvləri Cəbrayıl Həsənov və Əliabbas Rzazadə uğurlu nəticə əldə ediblər. Belə ki, 57 kq çəki dərəcəsində Rzazadə Əliabbas bürünc medal görüşündə rəqibini 9:1 hesabı ilə qabaqlayaraq  III yerə, 79 kq çəki dərəcəsində Həsənov Cəbrayıl isə  final görüşündə rəqibinə 10:0 hesabı ilə qalib gələrək I yerə layiq görülmüşdür.
Yarışlar başa çatdıqdan sonra Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov qalib və mükafatçılarla görüşüb. İdmançıların çempionatda böyük əzmkarlıqla mübarizə apardıqlarını qeyd edən AGF rəsmisi eyni əzmkarlığı növbəti il ərzində keçiriləcək yarışlarda da gözlədiklərini bildirib.
Qeyd edək ki, çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar Azərbaycan Güləş Federasiyası  tərəfindən müvafiq diplom, medal, pul mükafatı ilə mükafatlandırılıb və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanıblar.
 Biz də idmançılarımızı möhtəşəm qələbələrinə görə təbrik edir, onlara uğurlar arzulayırıq.

Elnur Qurbanlı

Astarainfo.az