“Yetenek Sizsiniz” yarışma proqramına qatılan azərbaycanlı gənclərin çıxışı münsifləri sözün əsl mənasında heyrətə salıb.
Publika.az xəbər verir ki, rəqqaslar əvvəlcə elektro musiqisinin sədaları altında, daha sonra isə Qafqaz rəqsləri oynayıb. Azərbaycanlı gənclər növbəti mərhələyə yüksəliblər. “Həsənov” rəqs qrupunun göstərdikləri şou həm zala toplaşan tamaşaçılar, həm də münsiflər tərəfindən rəğbətlə qarşılanıb.
Təəccübünü gizlədə bilməyən Hülya Avşar heyrətini “Belə şey görmədim” sözləriylə ifadə edib.
Qeyd edək ki, münsiflər kürsüsündə TV8-in rəhbəri Acun Ilıcalı, aktrisa-müğənni Hülya Avşar və Ali Taran yer alır.