Bakı şəhərinin Nizami rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1957-ci il təvəllüdlü Lobov Vitali Nikolayeviçin cəsədini aşkar ediblər. Meyit aidiyyəti üzrə təhvil verilib.APA